Məxfilik Siyasəti

Bizz Academy Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1007503181) komandası olaraq istifadəçilərimizin şəxsi məlumatlarının qorunmasına tam zəmanət veririk.

Şəxsi məlumatlar deyildikdə istifadəçilərin qeydiyyatdan keçərkən və xidmətlərimizdən istifadə zamanı bizə təqdim etdikləri məlumatlar nəzərdə tutulur.

Sizin təhlükəsizliyinizi təmin etmək, şəxsi məlumatlarınızın qorunması üçün bütün texniki tədbirləri görmək şirkətimizin öhdəliyindədir.

İstifadəçilərimizin təqdim etdikləri şəxsi məlumatlar yalnız onların icazəsi olduğu təqdirdə üçüncü tərəfə təqdim edilə bilər. Şirkətimiz vasitəsilə aldığınız təlimlərdə qrup formatında açıq şəkildə paylaşdığınız məlumatlara görə isə məsuliyyət daşımırıq. Habelə, açıq qrup sessiyalarında paylaşılan hər hansı məlumat qruplar daxilində məxfi olma statusundan artıq çıxmış sayılır.

Təqdim edilmiş məlumatlardan komandamız yaranmış hüquqi problemlərin həlli üçün istifadə edə bilər.

Bu məlumatlardan reklam materiallarının sizə göndərilməsi, məhsul və xidmətlərimiz haqqında informasiya və təbliğat zamanı istifadə etməyimiz mümkündür.

Təqdim etdiyiniz şəxsi məlumatlarınız Bizz Academy MMC-nin məlumat bazasında saxlanılır və lazım olduqda təkrar istifadə edilə bilər. Qeyd edilir ki, daxil etdiyiniz e-mail ünvanı və əlaqə nömrəniz Bizz Academy MMC tərəfindən reklam və məlumatlandırma məqsədləri üçün istifadə edilir. Bunu istəmədiyiniz təqdirdə müvafiq imtina düyməsini sıxmaqla e-mail ünvanını həmin siyahıdan çıxara bilərsiniz və ya ilk dəfə mesaj aldığınız zaman WHATSAPP platforması ilə əngəlləyə bilərsiniz.

Komandamız bizə təqdim etdiyiniz məxfi kart məlumatlarınızı heç bir halda özündə saxlaya və ya icazəniz olmadan istifadə edə bilməz.

Bizə təqdim edilmiş şəxsi məlumatların qorunmasına görə tam məsuliyyət daşıyırıq və yaranmış problemlərin həlli bizim öhdəliyimizdədir.

Bizz Academy MMC-nin rəsmi məlumatları, əlaqə vasitələri və ünvanı barədə məlumat İmprint bölməsində yerləşdirilmişdir.
Bizz Academy MMC bildirir ki, ödənişli klub və ödənişsiz proqramlar məlumat vermək məqsədi daşıyır. Bizz Academy MMC həmin məlumatların tam olmasına görə məsuliyyət daşıyır. Müştərinin həmin məlumatlara yiyələnməsinə və nəticəyə görə zəmanət vermir. Əlavə olaraq, proqramlar psixolojik kömək məqsədi daşımır.

  1. İCRAÇININ REKVİZİTLƏRİ:

Bizz Academy MMC

Ünvan: AZ1116, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, SÜLEYMAN SANİ AXUNDOV, ev 11/35, m. 24

Telefon: +994 556633009

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): 1007503181

Qeydiyyatdadır: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Direktor: Asya Rüstəmli

Məlumat: Bu veb-saytda verilən məlumatlar yalnız ümumi məlumat məqsədləri üçündür. Məzmunu dəqiq və aktual saxlamağa çalışsaq da, Bizz Academy Məhdud Məsuliyyətli Şirkəti məlumatın tamlığı, dəqiqliyi, etibarlılığı, uyğunluğu və ya mövcudluğu ilə bağlı hər hansı bir ifadə və ya zəmanət vermir.

Xəbərdarlıq: Bizz Academy Məhdud Məsuliyyətli Cəmiyyəti bu saytla əlaqəli və ya istinad edilən xarici vebsaytların məzmununa görə məsuliyyət daşımır. Bu internet saytından istifadə ilə bağlı yaranan hər hansı hüquqi mübahisələr Azərbaycan Respublikasının məhkəmələrinin yurisdiksiyasına aiddir.